İbrahim İlyaslının “Şair olmaq zülümdür” kitabı işıq üzü görüb

 

Sumqayıtdakı Əli Kərim adına Poeziya klubunun direktoru, şair İbrahim İlyaslının yeni şeirlər kitabı işıq üzü görüb.

“Şair olmaq zülümdür” kitabı şairin sayca dördüncü kitabıdır.

Buraya müəllifin seçmə şeirləri və son illərdə müxtəlif mövzularda qələmə aldığı poeziya nümunələri daxil edilib.

Qeyd edək ki, kitab “Qələm” nəşrlər evi tərəfindən  çap olunub. 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!