Professor Əzizxan Tanrıverdi vəfat edib...

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdi vəfat edib.

Edebiyyatqazeti.az Milli.Az-a istinadən bildirir ki, professor Ə.Tanrıverdi bu gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Əzizxan Vəli oğlu Tanriverdi 1959-cu il yanvarın 1-də Gürcüstan Respublikasının Aşağı Qarabulaq kəndində anadan olub. 1973-cü ildə Aşağı Qarabulaq natamam orta məktəbi, 1975-ci ildə isə Kirovisi kənd orta məktəbini fərqlənmə ilə bitirib. 1981-ci ildə ADPU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Türk mənşəli Azərbaycan şəxs adlarını ilk dəfə olaraq tarixi-linqvistik müstəvidə tədqiq edib. "Kitabi-Dədə Qorqud" daşəxs adları, dağ kultu, at kultu, obrazlar sistemi, assonans və alliterosiya kimi məsələləri ilk dəfə olaraq kompleks və sistemli şəkildə araşdırıb. "Dəli Kür" romanının poetik dilini tarixiliklə müasirliyin sintezində təhlil süzgəcindən keçirib.

23 kitabın, 180 elmi məqalənin müəllifidir. Dil tarixi, onomastika, ədəbi tənqid sahəsində elmi-tədqiqat işi aparıb. Ailəli idi, 3 oğlu var.

Allah rəhmət eləsin!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!