Yunanstanda Homerin "Odisseya"sının qədim hissəsi tapılıb

 

Edebiyyatqazeti.az rus mətbuatına - (Российская газета - Rossiyskaya qazeta) istinadən xəbər verir ki, Yunanstanın Qədim Olimp - indiki Pelopennes yarımadasında yunan və alman arxeoloqları tərəfindən aşkarlanan qədim hissənin  Homerin "Odisseya"sı olduğu güman edilir. 

Gil lövhədə əks olunan mətn 13 sətirdən ibarət 14-cü rapsodiyadır. Əks olunmuş hissədə İtakanın çarı Odissey ən etibarlı dostu Evmeyə müraciət edir. 

Araşdırmaçıların qənaətinə görə lövhə Romanın Yunanstanda hökmranlığı dövrünə - eramızdan əvvəl III əsrə təsadüf edir.

Tapılmış parçanın dəqiq yaşı müəyyən olunmasa da Yunanstan Mədəniyyət Nazirliyi arxeoloji tapıntını "vacib arxeoloji, ədəbi, tarixi eksponat" adlandırıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!