Edebiyyatqazeti.az rus mətbuatına istinadən xəbər verir ki, yeni İsveç Akademiyası öz saytında alternativ Nobel mükafatı üçün nominantların adını yayımlayıb.
Siyahıya İsveçrədən, İngiltərədən, Kanada, İtaliya, Fransa, Hindistan, Yaponiya, İsrail, Keniya, Qvadelupa, Finlandiya, Polşa, Nigeriya, İslandiyadan olan 46 müəllifin adı salınıb.
Mükafata iddialı namizədlər Haruki Murakami, Amos Oz, Nil Qeyman, Marqaret Etvud, Patti Smit, Donna Tartt və Olqa Tokorçukdur.
Qeyd edək ki, səsvermə 14 avqusta qədər davam edəcək. Ən çox səs toplayan 4 namizəd münsiflər heyəti tərəfindən dəyərləndiriləcək
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!