Edebiyyatqazeti.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə “Qızıl Buker” mükafatı Buker ədəbiyyat mükafatının təsis olunmasının 50 illik münasibətilə verilib. Mükafat fonduna təqdim olunan müəlliflər “Qızıl Buker”in əvvəlki laureatları arasından seçilib.
Açıq səsvermədə kanadalı yazıçı, şair Maykl Ontadjenin “İngilis pasienti” romanı qısa siyahıda Corc Sondersan, Xillari Mantel, Penelopa Layvli, Vidiadxara Naypala kimi müəlliflərin əsərləri arasından qalib gəlib.
“İngilis pasienti” ilk dəfə 1992-ci ildə işıq üzü görüb. 1996-cı ildə roman Entoni Minqelin və Reyf Faynsomun baş rol aldığı eyniadlı filmlə ekranlara çıxıb. Film “Oskar” mükafatında 9 nominasiya üzrə, həmçinin “Ən yaxşı film” olaraq mükafatlandırılıb.
Qeyd edək ki, Buker mükafatı (Man Booker Prize for Fiction) 1968-ci ildə Buker-Makkonnel tərəfindən təsis olunub və iki ildən bir verilib. 2016-cı ildən mükafatın hər il təqdim olunması qərara alınıb.
“Buker” bu və ya digər dildə yazılan, ingilis dilinə tərcümə edilərək Böyük Britaniyada nəşr etdirilən konkret romana və ya hekayələr toplusuna görə verilir. Mükafatın məbləği 50 min funt-sterlinqdir. Bu məbləğ əsərin müəllifi və tərcüməçisi arasında bölünür.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!