“France Press” agentliyinin yaydığı məlumata görə Ədəbiyyat üzrə Nobel mükafatçısı, portuqal yazıçısı Joze Saramaqonun hələ bu vaxta qədər ədəbiyyat camiəsinə məlum olmayan mətni - kitabı aşkarlanıb.
Lissabonda kompüterdə aşkarlanan bu kitab “Lansarotenin qeydləri” adı altında yazılan xatirat toplusudur. Bu mətni yazıçı Nobel mükafatı qazandıqdan 20 il öncə yazıb.
“Lansarotanın qeydləri” - xatirat toplusunun sonuncu - 6-cı tomudur.
Saramaqonun həyat yoldaşı, Lissabonda Saramaqo Fondunun rəhbəri Pilar Del Rionun söylədiyinə görə kitab bu ilin oktyabr ayında Portuqaliya və İspaniya ictimaiyyətinə, ədəbiyyatsevərlərə təqdim olunacaq.
Qeyd edək ki, aşkarlanan materiallar yazıçının Lissabondakı kompüterinin arxivləşdirilmiş materiallarının arasından aşkarlanıb.
“Mənə elə gəlirdi ki, yazıçının artıq bütün yazıları çapa gedib. Amma bu kitab haqqında hamı xəbərsiz idi”, Del Rio açıqlamasında söyləyib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!