“Don Kixot” əsəri əsasında eyniadlı tamaşanın hazırlanmasına başlanılıb.

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin 3-cü rübü üçün təsdiq edilmiş repertuar planına uyğun olaraq Migel De Servantesin “Don Kixot” əsəri əsasında eyniadlı tamaşanın hazırlanmasına başlanılıb.

 

Mədəniyyət Nazirliyindən  verilən məlumata görə, iyulun 3-də tamaşanın ilk məşqlərinə start verilib və yaradıcı heyətlə müzakirələr aparılıb.

 

 

Tamaşanın quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Rüfət Ramazanov, tamaşanın plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.

 

Yeni səhnə əsərində əməkdar artistlər Qurban İsmayılov, Şövqi Hüseynov, Elşən Çarhanlı, aktyorlar Mehriban Hüseynova, Təhminə Məmmədova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd, Elnur Hüseynov, Elşən Hacıbabayev və teatrın sevilən aktyor heyəti rol alıb.

 

APA

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!