Təbrizli şair Məhəmmədrza Çalğının “Yalan sərgisi” adlı şeirlər kitabının təqdimat mərasimi olacaq

 

5 İyul saat 15:30-da Yunis Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzində Təbrizli şair Məhəmmədrza Çalğının yeni işıq üzü görmüş “Yalan sərgisi” adlı şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.

Qeyd edək ki, kitab “Elm və Təhsil” Nəşriyyatında çap olunub. Kitabda müəllifin müxtəlif illərdə yazdığı şeirləri cəmlənib.

“Yalan sərgisi” şairin sayca üçüncü kitabıdır. Kitabın redaktoru İntiqam Yaşardır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!