Leyla Əliyevanın kitabı Londonda nəşr olunub

 

Gənc Azərbaycan şairi Leyla Əliyevanın “The World Dissolves like a Dream” (“Dünya yuxutək əriyir”) kitabı Londonda işıq üzü görüb.

Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş kitab Böyük Britaniyanın “Hertfordşir Press LTD” nəşriyyatında çap edilib.

 AZƏRTAC-a istinadən bildiririk ki,  kitaba daxil edilmiş 130 şeiri ingilis dilinə tanınmış ingilis şair və tərcüməçiləri Karolina Valton və Anna Mariya Cekson çevirib.

Nəşrin redaktoru Karolina Valtondur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!