Tiflisdə Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 206-cı ildönümü qeyd olunub.

 

Tiflisdə Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 206-cı ildönümü qeyd olunub.

 

 

M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində yazıçının xatirəsinə həsr olunmuş tədbirdə Gürcüstanın azərbaycanlı ziyalı və gəncləri iştirak edib.

 

Tədbirdə M. F. Axundovun və onun ailə üzvlərinin Gürcüstan Milli Arxivində saxlanılan foto şəkilləri sərgilənib. Daha sonra yazıçının həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirilib.

 

Tədbirdə çıxış edən M.F. Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva dramaturqun Tbilisidəki həyatı və yaradıcılığı barədə danışıb.

 

Sonda M.F. Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi  adından bir qrup gəncə Azərbaycan-Gürcüstan mədəni və dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə təşəkkürnamələr təqdim olunub. 

 

 

 

APA


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!