İntiqam Yaşarın "EVDƏ YOXAM" kitabının təqdimat mərasimi keçirilib.

 
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair İntiqam Yaşarın "EVDƏ YOXAM" kitabının təqdimat mərasimi keçirilib.
 
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və M.F.Axundov adına Milli Kitabxananın birgə təşkilatçılığı ilə "Açıq kitabxana" bölməsində baş tutan təqdimat mərasimini giriş sözü ilə kitabxananın direktor müavini Ədibə İsmayılova açıb. O, Azərbaycan ədəbi gəncliyindən İntiqam Yaşarın özünəməxsus yeri və üslübu olduğunu bildirib.Daha sonra Ədibə İsmayılova tədbirin moderatorluğunu tanınmış yazıçı Kənan Hacıya həvalə edib.
 
Təqdimatda çıxış edən AYB-nin gənclər üzrə katibi Rəşad Məcid İntiqam Yaşarın yaradıcılığı ilə hələ uzun illər əvvəl tanış olduğunu deyib. O müəllifin yaradıcılığında orijinal misraların yeni dövr ədəbiyyatımızda özünəməxsus izlər buraxdığını xüsusi vurğulayıb.
 
Daha sonra söz alan Xalq artisti Eldost Bayram gənc şairin bir neçə şeirini səsləndirib.
 
Dünya Gənc Türk Yazarlar Birliyi Təsisçilər Şurasının başqanı Əkbər Qoşalı İntiqam Yaşarın milli ruhda yazılan şeirlərini ədəbiyyatımızda yeni cığır adlandırıb.
Tədbirdə çıxış edən tanınmış ədəbiyyat nümayəndələri müəllifə gələcək yaradıcılığında uğurlar arzulayıblar.
 
Müəllif tədbirdə iştirak edən ədəbiyyat və media nümayəndələrinə, təşkilatçılara, oxuculara öz minnətdarlığını bildirib.
 
Sonda kitabın imzalanma mərasimi keçirilib və xatirə şəkili çəkilib.
 
 
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!