Xalq şairi Cabir Novruzun kiçik oğlu dünyasını dəyişib.
Xalq şairi Cabir Novruzun son yadigarı olan Müşfiq Cabiroğlu bu gün 54 yaşında vəfat edib. Onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, şair, publisist Müşfiq Cabiroğlu 1964-cü il oktyabrın 3-də Bakıda anadan olub. O, 1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1999-cu ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Mikayıl Müşfiq xatirə mükafatı laureatıdır.
Müşviq Cabiroğlu həm də xalq artisti, mərhum Əliabbas Qədirovun kürəkəni idi.
Xatırladaq ki, Cabir Novruzun ortancıl oğlu Vüqar Novruzov 4 il öncə -2014-cü ilin elə bu ayda – 28 iyunda vəfat etmişdi.
Onun da ölümünə ürək çatışmazlığı səbəb olmuşdu. Vüqar Novruzov Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin mayor rütbəli əməkdaşı idi.
Cabir Novruzun böyük oğu Mirzə Novruzov isə 2007-ci ildə avtoqəzada həlak olmuşdu.
Allah rəhmət eləsin
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!