Prezident İlham Əliyev AXC-nin şərəfinə ucaldılmış abidəni ziyarət etdi

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni milli bayram - Respublika Günü münasibətilə ziyarət edib.

 

AzərTAc-a istinadən məlumatına görə, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.

 

Dövlət başçısı abidənin önünə əklil qoyub.

 

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!