Mərasimdə fondun rəhbərliyi, üzvləri, mükafatçılar, tanınmış ədəbiyyat adamları və KİV nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Fondun sədri, yazıçı Kamal Abdulla Yaradıcılıq Fondu və l
ayihə haqqında geniş məlumat verib. Bildirib ki, fond keçmiş Mədəniyyət Fondunun gördüyü işləri, layihələri, mükafatları yenidən həyata keçirməklə, ədəbiyyatın, incəsənətin inkişafına öz töhfəsini vermək məqsədini qarşısına qoyub. "Ədəbiyyat adamı" layihəsi də bu işlərin bir parçasıdır: "Bildiyimiz kimi, may ayı ulu öndər Heydər Əliyevin doğum günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlamətdardır. Biz də fondumuz adından
qərara gəldik ki, bu iki özəl gün münasibətilə ədəbiyyatçılarımız, ziyalılarımız üçün bir mükafat təsis edək və onu hər ilin may ayında 5 nəfərə təqdim edək.
Bəs niyə Ədəbiyyat adamı? Fikrimcə, bu ad çox iddiasız, mütəvazi addır. Bizim aləmimizdə Ədəbiyyat adamı sakitcə ədəbi fəaliyyətlə məşğul olan, zəhmətkeşliyi, peşakarlığı əsas prinsip seçən, ədəbiyyatı həyat kimi, həyat tərzi kimi yaşayan, ədəbiyyatın dostu olan şəxsdir. Mükafatın qalibləri tamamilə subyektiv meyarlar əsasında seçilib. Bu mükafatın unikallığı ondadır ki, burda konkurentlər yoxdur. Ədəbiyyat adamı o adamdır ki, işi, fəaliyyəti onun əvəzinə danışır, ədəbiyyatı ötəri maraqlara qurban vermir, səssizliyi ilə belə ədəbiyyata xidmət edə bilir. Mənim üçün ədəbiyyat adamı Mirzə Səfərdir, məsələn. Mirzə Səfər öz prinsiplərinə olan sonsuz inamında doğrudan da həqiqi ədəbiyyat adamıdır, bu inam çoxlarına sadəlövhlük kimi görünsə də.
Hər bir mükafatlandırma subyektiv xarakter daşıyır. Mən müxtəlif ədəbiyyat müsabiqələrində ekspert kimi iştirak etmişəm. Görmüşəm ki, məni qane etməyən nələrsə baş verir, çəkilmişəm kənara. Bu mükafat isə öz qurumumuzun mükafatıdır. Laureatları seçmək də öz əlimizdə oldu. Onu da deyim ki, kimləri dəyərləndirmək problemi ilə üzləşmədik. Uzun siyahılara ehtiyac olmadı. Ədəbi mühitdə mətnləri, aktiv yaradıcı fəaliyyəti ilə seçilən imzalar üzərində müzakirə aparıb sonda ilk beşlik üzərində dayandıq. Seçilən hər beş ədəbiyyat adamı fəaliyyəti ilə göz qabağındadır".
Sədr qeyd edib ki, gələcəkdə "Ədəbiyyat adamı"nın yalnız ədəbiyyatşünaslar deyil, eləcə də yaxşı oxucular arasından seçilməsi istisna edilmir.
Şair, tərcüməçi Qismət Rüstəm
ov çıxışında qeyd edib ki,"Ədəbiyyat adamı" layihəsi yalnız bu mükafatla yekunlaşmır. Layihə çərçivəsində istər ölkə daxilində, istərsə də ölkə xaricində çoxşaxəli, çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, ödənişli
qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub. Bu proyekt çərçivəsində yaxın aylarda Rusiya, Gürcüstan, Türkiyə, İtaliya, Almaniya, Polşa və Serbiyada silsilə ədəbiyyat tədbirlərinin keçirilməsi üçün hazırlıqlar gedir.
Daha sonra mükafat sahiblərinə təqdim edilib. "Ədəbiyyat adamı" mükafatına yazıçı, tərcüməçi Nəriman Əbdülrəhmanlı, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair, tərcüməçi Səlim Babullaoğlu, "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru, ədəbiyyatşünas
Seyfəddin Hüseynli, tənqidçi Elnarə Akimova, professor Şirindil Alışanlı layiq görülüblər.
Mükafatçılar Kamal Abdulla başda olmaqla, Azərbaycan Yaradıcılıq Fondunun rəhbərliyinə, layihənin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər. Elnarə Akimova qeyd edib ki, "Bu mükafatın adı "Ədəbiyyat adamı"dır. Həmişə bu fikirdə olmuşam ki, əsl ədəbiyyat adamı mükafatı öz vicdanından almalıdır. Bu, təbii ki, belədir. Amma bir də belə dəyərləndirmələr olanda, qəfil belə bir sevindirici xəbərlə qarşılaşanda, biləndə ki, hardasa görülən işə dəyər verənlər var, yazmaq üçün daha boyük stimul yaranır. Ədəbiyyatın içində olub "Ədəbiyyat adamı" mükafatını almaq qürurvericidir. Yaradıcılıq Fondu üzərinə böyük missiya götürüb. Bu təşəbbüsdə bulunan, bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm".
Ona və qələm yoldaşlarına göstərilən bu diqqətdən məmnunluğunu ifadə edən Seyfəddin Hüseynli çıxışında özünün tələbəlik illərini və ədəbiyyata münasibətində Kamal Abdullanın ədəbi fikirlərinin, kitablarının rolundan bəhs edib: "Mənim ədəbiyyata meyillənməyimdə 1980-ci illərdə televiziyadakı silsilə ədəbi verilişlərin, orada qonaq kimi çıxış edən Kamal Abdulla da daxil olmaqla ədəbiyyatda öz sözünü demiş ziyalılarımızın təsiri böyükdür. Tələbəlik illərimdə oxuduğum Kamal müəllimin "Yolun əvvəli və axırı" kitabı da mənim ədəbiyyata baxışımı müsbət mənada dəyişən bir kitab olmuşdu. Bütün bunların fonunda hesab edirəm ki, bu mükafat mənim bitməyən ədəbiyyat təhsilimə məzuniyyət sənədimdir".
Səlim Babullaoğlu bu layihənin və mükafatın Azərbaycan ədəbiyyatının gələcək inkişafına önəmli təkan olacağına inandığını deyib: "Bu mükafatı alan bütün dostları təbrik edirəm. Hər birinin buna haqqı olduğunu düşünürəm. Kamal Abdulla həmişə olduğu kimi bu seçimində də dəqiqdir. Seçilən hər bir imza öz fəaliyyəti ilə ədəbiyyatda tanınan, nüfuz qazanan şəxslərdir".
Nəriman Əbdurrəhmanlı mükafatı təsis edənlərə təşəkkür edərək bildirib: "Mən hər şeydən əvvəl bu mükafat münasibətilə ədəbiyyatımızı təbrik edirəm. "Ədəbiyyat adamı" yalnız fondun mükafatçılarının deyil, bütün ədəbiyyatın uğurudur. Bu mükafat konkret əməli fəaliyyətə verilən dəyər baxımından çox önəmlidir. Kamal müəllimə bu mənada təşəkkür edirəm".
Şirindil Alışanlı belə bir böyük mükafatı ilk dəfə aldığını qeyd edib: "Müxtəlif dəyərləndirmələr, təltiflər olub, amma belə bir mükafatı ilk dəfədir ki, mənə təqdim edirlər. Özü də səssiz-səmirsiz. Qəfil eşitdim ki, mənə mükafat verilir. Adı da çox simvolikdir: "Ədəbiyyat adamı". Zənnimcə, çox yerində düşünülmüş addır. Seçilən imzalar da tam yerindədir, təsadüfi imzanın olmaması adamı ikiqat sevindirir. Ədəbiyyatı dərk etmək üçün ədəbiyyatın içərisində olmaq lazımdır. Bu gün mükafatlandırılanlar da bilavasitə ədəbiyyatın içərisində olan şəxslərdir.
Daha sonra tədbir iştirakçılarından akademik Muxtar İmanov, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, "Kulis" onlayn ədəbiyyat dərgisinin baş redaktoru, yazıçı Şərif Ağayar, "Multikulturalizm" jurnalının baş redaktoru, yazıçı Fəxri Uğurlu və başqaları çıxış edərək layihənin önəmindən söz açıb, mükafata layiq görülən hər bir ədəbiyyat adamının bu ada sözsüz layiq olduqlarını vurğulayaraq onları təbrik edib və uğurlar arzulayıblar. Belə bir mükafatın ədəbiyyatımız üçün gərəkli olduğunu bildiriblər.
Tədbir ədəbiyyat müstəvisində söhbətlərlə davam etdirilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!