May ayının iyrimiikisindən iyirmidördünə gədər Kosovanın Peya (İpək) şəhərində İyirmici yüz il Alban şerinin klassiki Azəm Shkrelinin şərəfinə XVI beynəlxalq şeir festivalı keçirilmişdir. Amerka, Rumınya, Yunanıstan, Makedonya, Türkiyə Albanya və digər ölkələrdən gələn altmışdan çox şair oxucularla görüşmüş,Kosovada alban dilində çap olunan kitblarını inzalamışlar.Dünya şeir festivalında Azərbaycandan Məmməd İsmayıl,Türkiyədən Atol Bəhramoğlu da iştirak etmişdir.
Əvvəlcədən xəbər verildiyi kimi üç ay öncə Məmməd İsmayılın Brüsseldə Alban dilində “Unudulmaq növbəsi” adlı şeirlər kitabı çap olunmuşdu. Kitab az zaman içərsində Albanya və Kosova da böyük maraqla qarşılanmış,haqqında Alban dilində məqaləllər yayınlanmışdır. Kitabı çağdaş Albandilli ədəbiyyatın ən önəmli təmsilçilərindən olan şair Jeton Kelmendinin təşəbbüsü ilə Kosovada yaşayan türkəsilli Shengyl Kelmendi xanım tərcümə etmişdir.”Unudulmaq növbəsi” beynəlxalq şeir festivalında da unudulmamış və müəllifinə “Azəm Shkrelit bəynəlxalq ədəbiyyat mükafatı” qazandırmışdır.Diplomda yazıldığı kimi M.İsmayıl bu mükafata dünya ədəbiyyatına verdiyi töfələrə görə layiq görülmüşdür.
Kosova Mədəniyyət və Turizm nazirliyinin təsis etdiyi bu mükafat əsərləri Alban dilinə tərcümə edilən və beynəlxalq aləmdə fərqlənən və tanınan sənətkarara verilir.Sevindirici haldır ki, Beynəlxalq Kosova şeir fəstivalında iştirak edən altmışdan artıq şair arasında bu mükafat Azərbaycan ədəbiyatının təmsilçisinə verilmişdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!