"Üzüklər hökmadarı" müəllifinin yeni əsəri 100 il sonra nəşr edildi

"Üzüklər hökmdarı" və "Hobbit" kimi romanları sonradan məşhur filmlərin ssenarisinə çevrilmiş, Azərbaycanda da tanınan İngilis yazıçı Con Tolkinin yeni - "Beren və Luziyen" adlı kitabı nəşr edilib.

100 il sonra nəşr edilən "Beren və Luziyen" əsərində avtobioqrafik çalarlar olduğu bildirilir. Tolkinin Birinci Dünya müharibəsindən qayıtdıqdan sonra hazırladığı əsəri müəllifin 92 yaşlı oğlu Xristofor Tolkin nəşrə hazırlayıb. 

Roman ölümsüz qadının və ölümlü bir kişinin eşqindən və macəralarından bəhs edir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!