Xalq yazıçısı Elçinin “Baş” romanı Misirdə nəşr olunub

 

Azərbaycan Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələr çərçivəsində ərsəyə gələn növbəti nəşr – görkəmli Azərbaycan yazıçısı Elçinin “Baş” romanı Misirdə işıq üzü görüb.

Misirin “Ən-Ədəb” nəşriyyatında nəşr olunmuş kitabı orijinaldan ərəb dilinə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Misirin Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Əhməd Sami Elaydi tərcümə edib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!