"Yaşarkən kimsə kimsəyə bənzəməz, ölüncə hər kəs bir-birinin eynisi... "
Müasir Türk şeirinin ən önəmli ismlərindən olan Kiçik İskəndərin yeni "Ölən sevgilimin şeir dətəri" adlı şeirər kitabı nəşr edilib.
Şairin 2017-ci ildə "Behçet Necatigil" şeir mükafatını alan "Mayıs giremez" adlı kitabı və "The God Jr" adlı şeir kitabı da yenidən nəşr edilərək oxuculara təqdim olunacaq.
Kiçik İsgəndər 28 May 1964-cü ildə İstanbulda anadan olub. Kabataş Oğlanlar Məktəbini bitirdikdən sonra İstanbul Universiteti Cərrahpaşa Tibb Fakultəsinə daxil olub, lakin sonuncu kursda olarkən universiteti tərk edib. Sonra İstanbul Universiteti sosiologiya ixtisası üzrə təhsil almağa başlayıb, üç il sonra bu ixtisası da yarımçıq qoyub. 1980-ci illərdən bu günə kimi müxtəlif mətbu orqanlarda şeirləri, tənqidi və araşdırma məqalələri dərc olunub. İlk şeiri Milliyət Gənc Sənət Dərgisində İskender Över adı ilə dərc olunub. Peşəkar olaraq 1985-ci ildə Adam Sənət Dərgisində şeirləri dərc olunmağa başlanıb.
2000-ci ildə "Orhon Murat Arıburnu", 2006-ci ildə "Melih Cevdet Anday Şeir Mükafatı"nı qazanıb. 2014-cü ildə Erdal Öz Ədəbiyyat Mükafatı"nı alıb. Avropada, ABŞ-da şeir qiraətlərində, simpoziumlarda iştirak edib.
Şairin Azərbaycanda da xeyli oxucusu var.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!