Türkiyədə Azərbaycanın Xalq Yazıçısı, görkəmli ictimai xadim və ədib, Yazıçılar Birliyinin sədri Anarın 80 illik yubileyi münasibətilə silsilə tədbirlər davam edir.
Növbəti tədbir Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mənzil-qərargahında keçirilib.
Toplantıda Azərbaycan və Türkiyə dövlət qurumlarının təmsilçiləri, tanınmış ziyalılar, yaradıcılıq birliklərinin rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, Anar türkdilli xalqların zəngin ədəbi xəzinəsinə mühüm töhfə verən yazıçılardandır. Onun əsərlərinin türk xalqlarının dillərinə tərcümə edilməsi yazıçının yaradıcılığına göstərilən ehtiramdır.
Azərbaycan və Türkiyənin tanınmış yazıçıları və ədəbi tənqidçiləri Anarın Türkiyədə TÜRKSOY tərəfindən türk dilində çap edilən “Çağdaşlarım” adlı yeni kitabının türk ədəbiyyatına mühüm töhfə olduğunu qeyd ediblər. Kitabda yazıçının görkəmli şəxsiyyətlərə özünəməxsus baxışını əks etdirən yazıların yer aldığı vurğulanıb.
Yazıçı 80 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsinə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Daha sonra TÜRKSOY-un baş katibi Düsen Kaseinov yubilyara hədiyyə olaraq Qopuz təqdim edib.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!