Azərbaycan Sərhəd Mühafizəsinin 99-cu ildönümü münasibətilə müsabiqə

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Azərbaycan Sərhəd Mühafizəsinin 99-cu ildönümü münasibətilə müsabiqə elan edir

Müsabiqənin keçirilməsi gənc nəsli Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə etmək, onların dünyagörüşünü və sərhəd xidmətinə marağını artırmaq, Dövlət Sərhəd Xidmətinin əldə etdiyi nailiyyətlərin, sərhəd xidmətinin xüsusiyyətlərinin, cəmiyyətdəki rolunun və əhəmiyyətinin ictimaiyyətə çatdırılması, sərhədlərimizin mühafizəsi sahəsində əcdadlarımızdan miras qalmış milli-mənəvi dəyərlərin, ənənələrin yaşadılması məqsədini daşıyır.

Müsabiqə bədii ədəbiyyat (şeir, hekayə), təsviri sənət (rəngkarlıq), qəzet məqaləsi və "Sərhədlərimizin keşiyində" mövzusunda inşa yazısı nominasiyaları üzrə keçirilir.

Müsabiqənin Bədii ədəbiyyat üzrə qalibləri üçün aşağıdakı mükafatlar təsis olunur:

Şeir

I yer - 1-ci dərəcəli Diplom və 400 (dörd yüz) AZN məbləğində pul mükafatı;

II yer - 2-ci dərəcəli Diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı;

III yer - 3-cü dərəcəli Diplom və 200 (iki yüz) AZN məbləğində pul mükafatı.

Həvəsləndirici 3 yer: Fəxri fərman (hər birinə) və 100 (yüz) AZN məbləğində pul mükafatı.

Hekayə

I yer - 1-ci dərəcəli Diplom və 500 (beş yüz) AZN məbləğində pul mükafatı;

II yer - 2-ci dərəcəli Diplom və 400 (dörd yüz) AZN məbləğində pul mükafatı;

III yer - 3-cü dərəcəli Diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı.

Həvəsləndirici 3 yer: Fəxri fərman (hər birinə) və 200 (iki yüz) AZN məbləğində pul mükafatı.

Müsabiqənin şərtləri:

1. Müsabiqədə yaşından asılı olmayaraq bütün yaradıcı şəxslər iştirak edə bilərlər.

2. Müsabiqəyə təqdim olunan əsərlərin üzərində müəllif barədə məlumatlar göstərilmir. Həmin məlumatlar anketdə əks etdirilir (anketin forması qaydalara əlavə olunur) və zərfə qoyulur. Həm əsərin arxasında, həm də zərfin üzərində şərti ad qeyd olunur. Əsərlər müvafiq qaydada doldurulmuş anketlə birlikdə 2018-ci il may ayının 22-dək Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş idarəsinə və ya AYB-nin Yaradıcılıq məsələləri üzrə katibliyinə təqdim edilməlidir.

3. Təqdim olunan bütün əsərlərdə Azərbaycanın Sərhəd Mühafizəsi tərənnüm edilməlidir.

4. Təqdim olunan işlər müsabiqəyədək heç bir yerdə çap, nəşr və yaxud nümayiş etdirilməməlidir.

5. Müsabiqənin şərtləri barədə əlavə məlumat almaq üçün Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsinə və ya AYB-nin Yaradıcılıq məsələləri üzrə katibliyinə müraciət etmək olar.

6. Müsabiqənin nəticələri Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 99-cı ildönümü ərəfəsində elan olunacaq.

 

Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30. Dövlət Sərhəd Xidməti Aparatının inzibati binası

498-01-29, 498-01-55, 498-01-69

Xəqani küç 53, Azərbaycan Yazıçılar Birliyi. AYB-nin Yaradıcılıq məsələləri üzrə katiblik

493-33-50


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!