Beynəlxalq Buker mükafatının qısa siyahısı açıqlandı

Dünən – aprelin 12-də "The Man Booker International"ın short listi açıqlandı.

Bu il siyahıya 6 roman daxil olub.

Edebiyyatqazeti.az mükafatın rəsmi saytına istinadən siyahını təqdim edir:

• Vircini Depan (Fransa) Vernon Subutex 1

• Han Qan  (Cənubi Koreya) The White Book

• Laslo Krasnahorkai (Macarıstan), The World Goes On

• Antonio Munyos Molina (İspaniya), Like a Fading Shadow

• Əhməd Sədavi (İraq),  Frankenstein in Baghdad (Oneworld)

• Olqa Tokarçuk (Polşa),  Flights

Xatırladaq ki, Beynəlxalq Buker mükafatı   ingilis dilinə tərcümə olunmuş romanlara görə təqdim edilir.

Laureatın adı mayın 22-də Londonda açıqlanacaq. Pul mükafatının məbləği £50.000 təşkil edir. Bu məbləği kitabın müəllifi və ingilis dilinə tərcüməçisi öz aralarında bölüşürlər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!