Bişkekdə Mir Cəlal Paşayev haqqında qırğız və rus dillərində kitab çap olunub

Bişkekin “Turar” nəşriyyatında Hidayətin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı və alim Mir Cəlal Paşayev haqında “Mir Cəlal dünyasından sətirlər” esse-xatirə kitabı qırğız və rus dilində nəşr edilib.

On iki il əvvəl Azərbaycan dilində işıq üzü görən kitabı qırğız dilinə Bekten Dıykanbay, rus dilinə isə Səyavuş Məmmədzadə tərcümə edib.

Müəllif kitabda böyük yaradıcı şəxsiyyət barədə xatirələrini, onun əsərlərinə münasibətini oxucularla bölüşür.

Əsər indiyəcən ana dilimizdən başqa, rus, ingilis, fransız dillərində nəşr olunub. Müəllif əsərin Bişkek nəşrinə yazdığı “Ön söz”də bildirir ki, esse-xatirə qırğız dilində çapa hazırlanarkən on iki il əvvəl yazdığı kimi oxuculara təqdim edilir.

Kitaba ədibin ailəsi və qələm dostları ilə çəkilmiş fotoşəkilləri də daxil edilib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!