Məqsəd Nur DİLEMMA qarşısında - LAYİHƏ

Məqsəd Nur: "Füyuzat", aşıq musiqisi və postmodernizm

Bəzən elə an gəlir ki, o vaxt seçim etməli olursan, özü də yaxşı və ya pis arasından deyil, iki yaxşı arasından...  Qonağımız Məqsəd Nurdur

- Poeziya, yoxsa proza?

- Proza.

- Rəsm, yoxsa heykəltəraşlıq?

- Heykəltəraşlıq.

- "Molla Nəsrəddin", yoxsa "Füyuzat"?

 - "Füyuzat".

- Oxu tar, yoxsa oxuma tar?

- Oxu tar.

- Folkner, yoxsa Heminquey?

- Folkner.

- Ənənə, yoxsa müasirlik?

- Müasirlik.

- Elm, yoxsa din?

- Elm.

- Aşıq musiqisi, yoxsa muğam?

- Aşıq musiqisi.

- Sartr, yoxsa Kamyu?

- Kamyu.

- Teatr, yoxsa kino?

- Teatr.

- "Məhşər", yoxsa "İdeal"?

- "Məhşər".

- Düma, yoxsa Coys?

- Coys.

- Realizm, yoxsa postmodernizm?

- Postmodernizm.

- Hüseyn Cavid, yoxsa Cəfər Cabbarlı?

- Hüseyn Cavid.

- Sənət sənət üçün, yoxsa sənət xalq üçün?

- Sənət sənət üçün.

- Heca vəzni, yoxsa sərbəst?

-Sərbəst.

- Dostoyevski, yoxsa Tolstoy?

- Dostoyevski.

- "Əsərlərimi yandır" - deyə vəsiyyət edən Kafka, yoxsa dostunun sözünə əməl etməyən Maks Brod?

- Kafka.

- Bakı, yoxsa mədəniyyət mərkəzi Paris?

-Bakı.

- Oxucunun istəyi, yoxsa müəllifin diktəsi?

- Müəllifin diktəsi.

 

Hazırladı:

M.AĞAOĞLU

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!