“Mahmud və Məryəm” Almaniyada yenidən nəşr olunub

Bu günlərdə Berlinin nüfuzlu “E Vintervork” nəşriyyatı Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” romanını alman dilində nəfis şəkildə nəşr edib.

Bundan başqa, ədibin “Ağ dəvə”, “Baş” romanları da çap olunaraq alman oxucularına təqdim edilib, hekayələri mətbuatda işıq üzü görüb.

“Mahmud və Məryəm”in sonuncu nəşri həmin romanın Almaniyada üçüncü nəşri, ümumilikdə isə Xalq Yazıçısının bu ölkədə çapdan çıxmış beşinci kitabıdır.

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!