“Mütərcm" nəşrlər evi tanınmış yazıçı Kamran Nəzirlinin "Babalar nağıl danışmırlar" hekayələr və miniatürlər kitabını çapdan buraxıb.
Kitaba yazıçının son illər qələmə aldığı 25 hekayəsi daxil edilib.
“...Hekayə yazmağın yolu yazmaqdır; əlbəttə, istedad, dil, ovqat, ruh, müşahidə, mütaliə olmasa, sənin yazdıqların heç nəyə dəyməz. Yazıçı sevdiyi işlə məşğul olursa, yuxarıda sadaladığım cəhətləri özünə əmr etməlidir. İstedad təbii vergi olsa da, onu pas atmağa qoymaq olmaz, daim zəhmətə qatlaşmalısan”, - deyə müəllifin “Ön söz”ündə vurğulanır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, Kamran Nəzirli Azərbaycan və Belarus Yazıçılar birliklərinin üzvüdür. Hekayələri müxtəlif ölkələrdə – ABŞ, Rusiya, Türkiyə, Koreya Respublikası, Hollandiya, Belarus, Özbəkistan, Moldova, Gürcüstan, Ukrayna və s. ölkələrdə almanax və jurnallarda dərc olunub. Yazıçı, əsasən, qısa hekayələri ilə tanınır. Təqdim olunan topluda o, bu dəfə də özünəməxsus üsluba sadiq qalıb.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!