F.T.Alpsarın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam

Prezident İlham Əliyev Azərbaycan mütəfəkkiri Əlibəy Hüseynzadənin qızı Feyzavər Turan Alpsarın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Feyzavər Turan Alpsar “Dostluq” ordeni ilə təltif edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart 2018-ci il.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!