Türkiyәdә yayınlanan “Hece taşları” internet jurnalının son 37-ci nömrəsi bütünlüklә Aşıq Әlәsgәrә vә Azәrbaycan poeziyasına hәsr olunub.
Edebiyyatqazeti.az-ın məlumatına görə, ideya müәllifi “Hece taşları” internet jurnalının redaktoru Tayyib Atmaca vә hәmyerlimiz, Çanaqqala 18 mart Üniversitetinin professoru şair Mәmmәd İsmayılın iş birliyi ilә hazırlanan jurnalın bu nömrәsindә M.İsmayıl vә M.Qasımlının Aşıq Әlәsgәrin hәyatı vә yaradıcılığı ilә bağlı mәqalәlәri, aşığın dillәr әzbәri olan “Gәrәkdir”,”Dağlar” qoşmalarına yer verilib. Bunlardan başqa jurnalda böyük aşığın әdәbi ruhuna yaxın Azәrbaycan poeziyasının müxtәlif nәsillәrindәn olan şair vә aşıqlarından S.Vurğun, M.H.Şәhriyar, O.Sarıvәlli, S.Rüstәm, H.Arif, N.Xәzri , B.Vahabzadә, M.Azaflı, M.Daşqın, Ş.Fәtәli, S.Sinәdәftәr, M.Araz, M.Günәr, M.Yaqub, M.Aslan, Sücaәt, B.Vәtәnoğulu, M.İlqar, Z.Qafarlı, A.Әhmәdgil, A.Şıxlı, B.Bәrdәli, S.Cahangir, F.Mehdiyeva, İ.İlyaslı, E.İlham, V.Süleyman, B.Fermanoğlu, M.Aslanbәyli, S.Abdulla, R.Allahverdiyeva, R.Dostәli, A.Taşıqın və S.İzzәddinin qoşma vә gәraylıllarına da yer verilib.
İnternet dərgisinin sözügedən sayı ilə burada tanış ola bilərsiniz.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!