"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turana “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)” xatirə nişanı təqdim olunub

Xəbər verdiyimiz kimi, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində iyulun 2-də Xankəndidə Qarabağ Universitetində “Birinci Türkoloji Qurultayın elmi və mədəni irsi” mövzusunda konfrans keçirilib.

Tədbirin sonunda Azərbaycandan və digər ölkələrdən bir qrup alim və mütəxəssisə, həmçinin "Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Azər Turana Mədəniyyət Nazirliyinin təsis etdiyi “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)” xatirə nişanı təqdim olunub.

Qeyd edək ki, xatirə nişanını Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov təqdim edib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!