"Qanun” nəşriyyatında yazıçı Alpay Azərin növbəti kitabı - "Yazıçı və arvadı” adlı hekayələr toplusu işıq üzü görüb.
Bu, müəllifin sayca ikinci kitabıdır. "Hisslər və macəralar” silsiləsindən olan hekayələr, Azərbaycan və Rusiya mühitində qadın-kişi münasibətlərindən, yeniyetmələrin ilk duyğusal sevgilərindən, dostluq macəralarından, gənclərin "şəxsi həyat, yaxud karyera” dilemması qarşısındakı yaşantılarından bəhs edir.
Qeyd edək ki, Alpay Azər 2011-ci ildə Azərbaycanda keçirilən III Nəsimi Milli Ədəbiyyat (Debüt) müsabiqəsində nəsr üzrə nominasiyada 2-ci yeri tutub. "Azadlıq” radiosunun 2012-ci ildə keçirdiyi hekayə müsabiqəsində "Ən yaxşı 10 hekayədən biri” nominasiyasına layiq görülüb. 2013-cü ildə "Şax yeriyənlər” hekayələr kitabı ilə AYB-nin keçirdiyi ədəbi müsabiqədə Yusif Səmədoğlu adına nəsr nominasiyasının qalibi olub. Eləcə də 2014-cü ildə M.Qaşğarlı adına beynəlxalq hekayə müsabiqəsinin Azərbaycan üzrə qalibi olub, beynəlxalq mərhələsində isə 2-ci yer tutub.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!