Yazıçı, publisist Qurban Yaquboğlunun "Mən yoxam" adlı kitabı çapdan çıxıb.
Müəllifin Edebiyyatqazeti.az saytına verdiyi xəbərə görə, "Qanun" Nəşrlər Evinin buraxdığı kitaba roman və esselər daxil edilib.
"Mən yoxam" romanı ağrıların gözəl qadın, unudulmaz sevgi, toran keçmiş, yurd bağlılığı, nəsil buxovu, irsi mənsubiyyət, uzaq kənd, yad və təsadüfi adamlar kimi çeşidli qaynaqlarına baş vurur. Sadalananlar insan taleyini və onun aqibətini müəyyənləşdirən "kainat oyunu" kimi nəzərə çarpır.
Romanın sirri həm də onun son cümləsindədir. Son cümləni oxuyan mətni başdan oxumağa məhkumdur.
İnsan heç vaxt sonu bilmir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!