Xalq yazıçısı Anarın "Səhra yuxuları" kitabı çap olunub

“AYBKitab” layihəsi çərçivəsində xalq yazıçısı Anarın "Səhra yuxuları" kitabı işıq üzü görüb.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, "Səhra yuxuları" pyesi Azərbaycan, rus və türk dillərində kitaba daxil edilib.

Anar "Səhra yuxuları" pyesini 1980-ci ildə qələmə alıb. Bu dəfə “Mütərcim” nəşriyyatında çap olunan kitabın ön sözünün müəllifi yazıçı Pərvindir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!