Xalq yazıçısı Anarın "Gəl qoşulaq durnalara" kitabının təqdimatı keçirilib

Yanvarın 14-ü Atatürk Mərkəzində Xalq yazıçısı Anarın "Gəl qoşulaq durnalara" kitabının təqdimat mərasimi keçirilib.

AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin Azərbaycan və rus dillərində hazırladığı kitab Zərdabi nəşriyyatında işıq üzü görüb.

Tədbirdə nəşrin tərtibçisi və redaktoru Əsəd Cahangir, AYB katibləri Xalq yazıçısı Çingiz Abdullayev, Səlim Babullaoğlu, Elçin Hüseynbəyli, Rəşad Məcid, Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov və başqaları çıxış edərək müəllifə təbrik sözlərini çatdırıblar.

 

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!