15 oktyabr 2025-ci il tarixində Ankaradakı Qazi Universitetinin rektorluq binasında "Azərbaycan ədəbiyyatının zirvəsi Anar" mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycandan Xalq yazıçısı Anar, filologiya üzrə fəlsəfə doktoru Pərvin Nurəliyeva, "Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, Türkiyədən isə Qazi Universitetinin Türkcə Araşdırma Mərkəzinin (TÖMER) müdiri professor Nezir Temur, Avrasiya Yazarlar Birliyinin (AYB) səd müavini professor Mustafa Kurt, "Türk ədəbiyyatı" dərgisinin baş redaktoru İmdat Avşar çıxış edib.
Tədbirdən sonra AYB sədri Ufuk Tuzman Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara Türk dünyasına ədəbiyyatına verdiyi töhfələrə görə "Şərəf" medalı təqdim edilib.
Qeyd edək ki, tədbir haqqında geniş reportaj "Kardeş kalemler" dərgisinin noyabr sayında yayınlanacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!