Ailəsinin verdiyi məlumata görə, tanınmış şair Əlisəmid Kür (Cəfərli) bu gün 3 saylı Şəhər Klinik Xəstəxanasında vəfat edib.
Qeyd edək ki, Əlisəmid Kürün səhhətində problem yarandığı üçün sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzində yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.
"Rəngli kölgələr" (Bakı, "Yazıçı". 1989), "Əlisəmid və qırx tanış üz" (Bakı, "İşıq", 1991), "Kentavr" (Bakı, "Sabah", 1995), "Çaylar məcrasından çıxanda" (Bakı, "Vektor", 2004), "Sonuncu dua" (Təbriz, "Dənizçin", 2013), "Tənha kentavr" (Bakı, "Dövlət Tərcümə Mərkəzi", 2024) kitablarının müəllifi olan şair Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, Azərbaycan Teatr Muzeyində, Dövlət Tərcümə Mərkəzində müxtəlif vəzifələrdə çalışıb.
1991-1994-cü illərdə "Yol" qəzetinin baş redaktoru olub.
Əlisəmid Kür bu gün Salyanda torpağa tapşırılacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!