Yavuz Bülent BAKİLER vəfat edib

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məşhur şair və yazıçı Yavuz Bülent Bakilerin vəfat etdiyi xəbərini yayıb.

Xəbərdə deyilir:

"Türk ədəbiyyatının güclü qələmlərindən, düşüncə dünyamızın vacib isimlərindən Yavuz Bülent Bakilerin vəfat xəbərini dərin hüznlə öyrəndik.

Şeirləri, yazıları və fikirləri ilə təkcə ədəbiyyat dünyasında yox, eyni zamanda, millətimizin mədəniyyət və düşüncə həyatında da dərin iz buraxan Bakilər Türk dünyasının hafizəsində daim yaşayacaqdır".

Qeyd edək ki, Yavuz Bülent əslən Azərbaycanın Ağdam rayonundan idi.

Allah rəhmət etsin!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!