Leyla Əliyevanın şeirlər toplusu Moskvada satışa çıxarıldı

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyavanın şeirlər toplusu Moskvada satışa çıxarılıb. 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "366 gün sevgi. Qış. Yaz. Yay. Payız" («366 дней любви. Зима. Весна. Лето. Осень.») adlı şeirlər toplusunun paytaxtın kitab mağazalarında satışına başlanılıb. 

Şeirlər toplusunda müəllif oxucularına müraciətində yazır: "Əziz oxucu, çox sağol ki, bu kitabı əllərində tutursan. Qoy sənin hər günün, hər anın il boyu günəşli olsun! 

Bu sətirlərdə mənim həyata olan sevgim var. Bu sevgini sənə hədiyyə etmək istəyirəm! 

Sizə sevgi arzulayıram. Qoy heç zaman sevgi sizi tərk etməsin!" 

Qeyd edək ki, dördcildlik şeirlər toplusunda Leyla Əliyevanın 2016-2017-ci illərdə qələmə aldığı şeirlər yer alıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!