Azərbaycanlı şair “Mədəniyyət səfiri” fəxri adına layiq görülüb

Azərbaycanlı şair Avropanın Beynəlxalq Mihai Eminescu Akademiyasının “Mədəniyyət səfiri” fəxri adına layiq görülüb.
 
"Ədəbiyyat qəzeti" xəbər verir ki, Avropanın Beynəlxalq Mihai Eminescu Akademiyası yaradıcı fəaliyyətinə görə Ümid Nəccarini “Mədəniyyət səfiri” fəxri adına layiq görüb.
 
Qeyd edək ki, Avropanın Beynəlxalq Mihai Eminescu Akademiyası bu ilin mükafatlarını "Abay Kunanbayev 180" ədəbiyyat festivalında açıqlayıb.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!