Bu gün Bakıda 14 fevral - Beynəlxalq Kitab Bağışlanma Gününə həsr olunmuş “Hərəyə bir kitab” adlı tədbir keçiriləcək. F.Köçərli adına Respublika Uşaq Kitabxanası və 5 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzinin birgə hazırladıqları tədbir 35 nömrəli tam orta məktəbdə təşkil olunacaq.
Kitabxanadan bildirilib ki, layihənin əsas məqsədi gənc nəslə mədəni xidmət göstərmək və kiçik yaşlı oxuculara kitab bağışlamaqla onlarda kitaba və mütaliəyə olan məhəbbəti artırmaqdır.
Tədbirdə həmçinin Respublika Uşaq Kitabxanası tərəfindən məktəbin müəllim kollektivinə və valideynlərə də, kitab hədiyyə ediləcək. Tədbir zamanı uşaqların uşaq yazarları ilə görüşü və imza saatının keçirilməsi də nəzərdə tutulub.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!