Tanınmış yazıçı, jurnalist, tərcüməçi Ağaddin Babayev vəfat edib.
1956-cı ildə anadan olan Ağaddin Babayevin hekayə, pyes və şeirləri, habelə rus və dünya ədəbiyyatından tərcümələri müxtəlif almanaxlarda, mətbu orqanlarında dərc olunub. Bir neçə pyesi və tərcüməsi Lənkəran və Mingəçevir Dövlət Dram Teatrlarında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Salyan Dövlət Kukla Teatrında tamaşaya qoyulub.
Qeyd edək ki, Ağaddin Babayev Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Teatır Xadimlər İttifaqının üzvü olub.
Allah rəhmət etsin!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!