Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəslə görüş keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə Qulu Ağsəsin yaradıcılığı haqqında video nümayiş olunub. Şair yeni şeirlərini səsləndirib.
Qeyd edək ki, Qulu Ağsəs "Sənsən hər yer", "Külək poçtu" (ukrayınca), "Nabran novellası", "Nöqtələr", "Dan yeri” (ingiliscə) kitabının müəllifidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!