Mayın 31-i yazıçı Şərif Ağayarın “Rəng mühəndisi” romanının təqdimatı olub.
Təqdimat mərasimində tanınmış qələm adamları, yazıçı-şairlər, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə müəllifin özü ilə yanaşı, romanın redaktoru yazıçı, tərcüməçi Hədiyyə Şəfaqət, professor Cavanşir Yusifli, ədəbiyyatşünas Ülvi Babasoy, yazıçı Samirə Əşrəf və digər qələm adamları çıxış edərək "Rəng mühəndisi" romanının bədii məziyyətləri barədə söhbət açıblar.
Rəsmi hissədən sonra Şərif Ağayar oxucular üçün kitab imzalayıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!