Gürcüstanın paytaxtı Tbilisidə keçirilən XXVII Beynəlxalq Kitab Festivalında Azərbaycan ilk dəfə olaraq milli stendlə iştirak edir.
"Report"un Gürcüstan bürosunun verdiyi xəbərə görə, Azərbaycan tədbirdə Mədəniyyət Nazirliyi və Milli Kitabxananın nümayəndə heyəti ilə təmsil olunur.
Festival çərçivəsində “Azərbaycanda kitab mədəniyyəti” mövzusunda panel müzakirəsi də təşkil olunub. Tədbir boyunca müəlliflərlə görüşlər, kitab təqdimatları və ədəbi diskussiyalar keçirilir.
Qeyd edək ki, 1998-ci ildən etibarən hər il keçirilən Tbilisi Beynəlxalq Kitab Festivalı bu il iyunun 2-dək davam edəcək. Məqsəd mütaliə vərdişlərinin təşviqi, nəşriyyat sektorunun inkişafı və regional mədəni əməkdaşlığın gücləndirilməsidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!