Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildə başlanılmış “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.
Nazirlikdən bildirilib ki, bu günlərdə layihə çərçivəsində yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin müəllifi olduğu, dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzulinin poetik xüsusiyyətləri” adlı elmi əsər şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə tərcümə olunaraq “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunub.
Kitabın, eyni zamanda Türkiyədə Füzuli yaradıcılığının tədris olunduğu bir sıra ali təhsil müəssisələrində dərs vəsaiti kimi istifadəsi planlaşdırılır.
Qeyd edək ki, bu günə qədər layihə üzrə 9 adda Azərbaycan ədəbiyyatı nümunələri çap olunaraq, türkiyəli kitabsevərlərə təqdim edilib.\azertag.az\
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!