Bu günlərdə Azərbaycan Yazıçılar Birliyi Aran bölməsinin və İmişli Mərkəzi Kitabxanalar Sisteminin birgə təşəbbüsü və təşkilatçılığı ilə tanınmış yazıçı-publisist Qəni Camalzadə ilə görüş keçirildi. Tədbiri sözügedən kitabxananın müdiri Hürü xanım açaraq yazıçının çoxşaxəli yaradıcılığı haqqında geniş məlumat verdi.
AYB-nin Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu, "Ədəbiyyat qəzeti"nin şöbə redaktoru Aydın Xan Əbilov, "Ekoloji Xəbərçi" qəzetinin baş redaktoru, şair Şahin Həmidi, "Mədəni-Niyyət" qəzetinin baş redaktoru Hacı Rahim İsmayılov, "Xalq sözü" qəzetinin baş redaktoru Nizami Gülmalıyev, İmişli rayon Mədəniyyət sarayının direktoru Sərvər Şirinov, şair Mir Zeynal Fəttah, tanınmış din xadimi Hacı Mayıl və başqaları ədibin yaradıcılığı barədə düşüncələrini bölüşdülər, çoxsaylı əsərlərinin məziyyətlərindən söz açdılar.
Sonda yazıçı-publisist Qəni Camalzadə tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi və oxucuları düşündürən sualları cavablandırdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!