Gəncə Dövlət Universitetində tanınmış şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib

Məzunu olduğu universitetdə şairlə keçirilən görüş maraqla qarşılanıb. 

 

AZƏRTAC xəbər verir ki, tədbiri universitetin prorektoru Gülsüm Fətəliyeva açıb və belə görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

Sonra şair haqqında kiçik bir film nümayiş olunub.

 

Milli Məclisin deputatı, universitetin prorektoru Pərvin Kərimzadə Qəşəm Nəcəfzadə şeirlərinin bədii xüsusiyyətlərini qeyd edib.

 

Tədbirdə tanınmış yazıçı Qərib Mehdi, Azərbaycan Yazıçılar Birliyinin Gəncə filialının sədri Xəzəngül Hüseynova, şairlərdən Saleh Qurbanov, Sahib İbrahimli, Zülfiyyə Yaqub, Aybəniz Kürəkçaylı, Nüşabə Əsəd Məmmədli, İlham İnam şairin tələbəlik illərindən, yaradıcılığının bəzi məqamlarıdan söz açıblar.

 

Sonra Qəşəm Nəcəfzadə yeni şeirlərini oxuyub, tələbələrin sualları cavablandırıb, yeni kitablarını imzalayıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!