Güllü Eldar Tomarlının "Kəlağayı milli sərvətimizdir'' adlı şeirlər kitabı işıq üzü görüb

Bu günlərdə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlının "Kəlağayı milli sərvətimizdir'' adlı şeirlər kitabı işıq üzü görüb.

 

AZƏRTAC xəbər verir ki, kitabın redaktoru ədəbi təhlilçi, publisist Vaqif Osmanlıdır.

 

Analarımızın, qız-gəlinlərimizin ismət, gözəllik və yaraşıq rəmzi sayılan kəlağayıya aid şeirlər gürcü, rus dillərinə tərcümə olunub. Xalqımızın milli-mənəvi dəyərlərini ölkəmizdən xaricdə də tanıtmaq, təbliğ etmək bu günümüzün ən aktual məsələlərindəndir. Kəlağayı həm xalqımızın sənətkarlığı, mədəniyyətini, dünyagörüşünü, fəlsəfi düşüncəsini, həm də mənəviyyatını özündə təcəssüm etdirən milli baş örtüyümüzdür.

 

Kitabın bir çox şəhərlərdə təqdimatı nəzərdə tutulur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!