Azərbaycanlı yazıçının əsəri Rusiyada səhnələşdirilir

Rusiyanın Rostov-na-Donu şəhərində fəaliyyət göstərən “Qumru quşu” Uşaq Musiqili Teatrında azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” nağıl-pyesi əsasında rus dilində eyniadlı tamaşa hazırlanır.

 

AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və musiqi rəhbəri İrina İjikovadır.

 

Balaca aktyorların ifasında hazırlanan səhnə əsərinin premyerası mayın 27-də “Günəş Şüası (Luç Solnsa)” Canlı Pedaqogika Ailə Mərkəzində keçiriləcək.

Qeyd edək ki, “Qarınqulu ayı balası” pyesi indiyədək Rusiyanın beş teatrında, həmçinin Gürcüstanın “BEEZ” Uşaq Teatrında səhnələşdirilərək tamaşaçılara təqdim olunub.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!