Milli Kitabxanada “Maqsud İbrahimbəyov-90” adlı biblioqrafik icmal onlayn rejimdə istifadəçilərə təqdim olunub

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Xalq yazıçısının yubileyi münasibətilə “Maqsud İbrahimbəyov-90” adlı biblioqrafik icmal hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub.

 

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, icmalda “Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”, Xalq yazıçısının həyat və fəaliyyətini əks etdirən yazı, Əməkdar jurnalist Əli Nəcəfxanlının yubileylə bağlı dərc etdirdiyi “Ədəbiyyatımızın zadəgan nasiri” adlı məqalə yer alıb, yazıçının müxtəlif dillərdə çap edilmiş kitabları, həmçinin ona həsr edilmiş kitab və dövri mətbuat materialları əks olunub. Sonda, “Əlavələr” hissəsində isə ictimai xadimə Əməkdar incəsənət xadimi, Xalq yazıçısı adlarının verilməsi, adına Yaradıcılıq Mərkəzinin açılması, ədibin“Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilməsi haqqında fərman və sərəncamlar verilib.

 

Biblioqrafik icmalla tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!