Şəki Dövlət Dram Teatrında Xalq yazıçısı Anarın “Gürcü familiyası” hekayəsi əsasında səhnələşdirilən “O uzaq axşam...” tamaşasına ictimai baxış olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissə rəhbəri Lalə Məmmədova məlumat verib.
Tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Səhnə əsərində rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Lalə Məmməd, Rəşid Mirizadə, Gülxar İmamhüseynova, Elvin Mabudov, Rəsul Məmmədrəhimov, Nuranə Mirzəliyeva, Sənubər İsrafilova, Nərmin Nəbiyeva ifa ediblər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!