"Yeni Müsavat" qəzetinin redaktoruna

Hörmətli redaktor!

 

Redaktə etdiyiniz qəzetin demək olar ki, hər sayında eyni zatın mənim haqqımda bir-birindən təhqiramiz, şit "məzələnmələr"i çıxır.

Mənə bəslədiyi səbəbsiz və izahsız nifrətinə görə atamın ruhunu incitmək kimi şərəfsizliyə də əl atır.

Haqqımda yazdığı və dabanbasma çap olunan yazıların sonuncusunda mənə ünvanlanmış növbəti təhqirlərdən sonra gileylənir ki, Elxan Elatlını Yazıçılar Birliyinə qəbul etmirik, ona ev və təqaüd vermirik. Yalançılıq bu köşə yazarının üçüncü peşəsidir. İstedadlı yazıçı Elxan Elatlı 2007-ci ildən Yazıçılar Birliyinin üzvüdür və bir dəfə də olsun ev, ya təqaüd üçün Birliyə müraciət etməyib. Birinə yalmanmaq üçün başqasını alçaltmağa cəhd etmək kəmlik kompleksinin əlamətidir. 

Bilirəm ki, qəzetinizdə bu məktubumu verməyəcəksiniz, köşə yazarının gələcək böhtanlarının qarşısını da ala bilməyəcəksiniz.

Amma unutmayın ki, tarix var. Qəzetlər də kitabxanalarda durur. Elə davranmayın ki, gələcək nəsillər qarşısında xəcalət çəkəsiniz.

"Yeni Müsavat" qəzetinin namuslu əməkdaşlarına salamlarla...

Bu qəzetin bir guşəsinin daimi hədəfi

 

Anar Rəsuloğlu

12 fevral 2025

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!